"Qarabağ"ın yetirməsi Fransa klubunda qalacaq? - VİDEO

"Qarabağ"ın yetirməsi Fransa klubunda qalacaq? - VİDEO

"Əli Bəşirov hazırda "Strasburq"da baxışdadır. O, öz istedadı sayəsində həmin kluba dəvət edilib. Gələcəkdə onunla bağlı iki klub arasında müzakirələr aparılacaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

O, ATV-də yayımlanan "Futbolumuz" verilişində Fransanın "Strasburq" klubunda baxışda olan Əli Bəşirov barədə danışıb.

Hacıyev yaxın vaxtlarda gənc futbolçunun karyerası ilə bağlı qərar veriləcəyini söyləyib.