II "Ulduz Cup": "Sabah" və "Qarabağ" məğlub oldu, "Neftçi" heç-heçə etdi

Qubada 12 yaşlı futbolçular arasında II "Ulduz Cup" beynəlxalq turnirinə start verilib.
"Mediasport" xəbər verir ki, turnirin ilk günündə "Sabah" (Azərbaycan) "Paxtakor"a (Özbəkistan) 0:1 hesabı ilə məğlub olub.
"Neftçi" (Azərbaycan) "Şaxtyor Qaraqanda" (Qazaxıstan) ilə 1:1 hesablı heç-heçə edib.
"Qarabağ" (Azərbaycan) "Dinamo"ya (Tbilisi, Gürcüstan) 0:2 hesabı ilə uduzub.
"Başakşəhər" (Türkiyə) "Bunyodkor"u (Özbəkistan) 2:0 hesabı ilə məğlub edib.
"Ulduz" FA (Azərbaycan) "Trabzonspor məktəbi"nə (Türkiyə) 0:2, "Aspire Akademiyası" (Qətər) "Sduşorsi"yə (Qırğızıstan) 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, turnirin final görüşü avqustun 28-də baş tutacaq.