AFFA bölgə klubunu ölkə çempionatından kənarlaşdırdı

 AFFA bölgə klubunu ölkə çempionatından kənarlaşdırdı

AFFA Şəkinin "Şorsu" komandasını U-12 Liqasından kənarlaşdırıb.

"Mediasport" xəbər verir ki, qərarı qurumun İntizam Komitəsi çıxarıb.

Bölgə təmsilçisi Zaqatalanın "Alfa" kollektivi ilə görüşdə təyin olunan vaxtda meydana çıxmadığı üçün matç baş tutmayıb.

Şəkililərə texniki məğlubiyyət (0:3) verilib və bu hal mövsümdə üçüncü dəfə təkrarlandığı üçün komanda yarışdan uzaqlaşdırılıb.