"Qarabağ"a keçməyən Xorvatiya yığmasının üzvü Super Liqada

"Qarabağ"a keçməyən Xorvatiya yığmasının üzvü Super Liqada

"Qarabağ"ın transfer siyahısında olan Xorvatiya yığmasının futbolçusu Bruno Petkoviç karyerasını Türkiyədə davam etdirəcək.

"Mediasport" xəbər verir ki, Zaqreb "Dinamo"sundan ayrılan forvard "Kocaelipsor"a keçib.

Ağdam klubundan 1 milyon avro tələb edən 31 yaşlı hücumçu Super Liqanın debütantı ilə razılaşıb.