"Neftçi"nin Konfrans Liqası matçına bilet satışı başlandı

"Neftçi"nin Konfrans Liqası matçına bilet satışı başlandı

İyulun 22-də UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Neftçi" - "Dinamo" (Minsk, Belarus) oyununun biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 8, 12, 35 və 50 manat təşkil edir.

Azarkeşlər biletləri komandanın mobil tətbiqi və ya bilet.neftchi.az saytından onlayn şəkildə əldə edə bilərlər.

Stadionun kassasında isə satış matç günü saat 12:00-dan etibarən başlayacaq.

"Palms Sports Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Cavab görüşü iyulun 30-da keçiriləcək.