"Qarabağ"la "Sabah" yerini qorudu, "Zirə" irəlilədi, "Neftçi" gerilədi

Avropanın top komandalarının may ayı üçün yeni reytinqi dərc edilib.
"Mediasport" xəbər verir ki, 400 ən yaxşı klubun yer aldığı sıralamaya Azərbaycanın 4 təmsilçisi daxil edilib.
Ən yaxşı göstərici “Qarabağ”dadır. Ağdam klubu 278 xalla 66-cı sıradakı mövqeyini qoruyub.
"Zirə" 2 pillə irəliləyərək 14 xalla 285-ci olub.
14 xalı olan "Sabah" 276-cı sıranı əldən verməyib.
“Neftçi” isə bir addım geri düşüb. "Ağ-qaralar" 19 xalla 260-cı yerə eniblər.
Cədvələ 2660 xalla Madrid “Real”ı başçılıq edir.