DÜNYA REYTİNQİ: "Qarabağ"la "Zirə" gerilədi, "Sabah" irəlilədi

DÜNYA REYTİNQİ: "Qarabağ"la "Zirə" gerilədi, "Sabah" irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klub futbolunda avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Mediasport" xəbər verir ki, 501 klubun yer aldığı sıralamada Azərbaycanın 4 təmsilçisi var.

"Qarabağ" (137,25 xal) 137-ci yerdən 134-cü pilləyə geriləyib.

"Zirə" (84,75 xal) 42 pillə geriləyərək 232-ci yerdən 274-cü sıraya düşüb.

"Sabah" (86 xal) isə 49 pillə irəliləyərək 264-ə qalxıb.

"Araz-Naxçıvan" (70,25 xal) 76 pillə irəliləyərək 363-cü yerə yüksəlib.

Xatırladaq ki, siyahıya 520 xalla "Real" (Madrid) başçılıq edir.