UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi başlandı
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsinə start verilib.
"Mediasport" xəbər verir ki, məşğələlər aprelin 16-dək davam edəcək.
Məşqçi kursuna AFFA-nın Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
