"Turan Tovuz" növbəti ev matçını Tovuzda keçirəcək - SON QƏRAR

"Turan Tovuz" növbəti ev matçını Tovuzda keçirəcək - SON QƏRAR

Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri təftiş olunub.

Bu barədə "Mediasport"a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, "Turan Tovuz" klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də "Sumqayıt" kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Sumqayıt şəhər stadionunda keçirirdi.