Cənubi Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalında!

Cənubi Azərbaycanın "Traktor" klubu futbol üzrə Asiya Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Təbriz təmsilçisi pley-off mərhələsinin "Əl Xalidiyə" ilə cavab qarşılaşmasında heç-heçə edib - 3:3.
Bəhreyn klubu ilə bərabərə qalan "al qurdlar" ilk matçda əldə etdikləri qələbə (2:1) sayəsində adlarını növbəti raunda yazdırıblar.
Bu, "Traktor"un tarixində ilk belə nailiyyəti olub.