"Qurban Qurbanovun komandada rolu çox böyükdür" - Koxalski

 "Qurban Qurbanovun komandada rolu çox böyükdür" - Koxalski

"Baş məşqçimiz Qurban Qurbanovun komandada rolu çox böyükdür. O, klubda 17 ildir çalışır. Çox tələbkardır və komandanın hücum futbolu oynamasını, yüksək pressinq etməsini istəyir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski Deyib.

Polşalı qolkiper ölkəsinin mətbuatına müsahibəsində Ağdam klubunun uğur qazanma səbəblərindən danışıb.

26 yaşlı "çərçivə" qoruyucusu baş məşqçi Qurban Qurbanov amilinin həlledici rol oynadığını bildirib:

"Bəzən məşqlərdə meydan oyunçularına topu qapıçıya ötürməyi qadağan edir. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, həmişə hücum etməliyik.

Klubun çox güclü skautinq sistemi də var. Məsələn, Portuqaliyanın ikinci liqası və ya Braziliyadan istedadlı oyunçular tapırlar. Hamı bura özünü göstərmək və daha güclü liqaya keçmək üçün gəlir. Ona görə də hamı çox motivasiyalıdır".