"Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq"

"Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq"

“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam".

"Mediasport" xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje deyib.

Portuqaliyalı mütəxəssis Sumqayıtda İraq yığması ilə baş tutan oyun (0:0) haqda fikirlərini bölüşüb.

O, keyfiyyətli oyun göstərməyə çalışdıqlarını bildirib:

"Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.

O ki qaldı oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik.

Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq”.

 Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə ikinci yoldaşlıq oyununu noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.