Qusarda "Azerbaijan Open" beynəlxalq turnir yekunlaşdı
Qusarda "Şahdağ" Turizm Mərkəzində keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri yekunlaşıb.
Azərbaycan Qış İdmanı Növləri Federasiyasından (AQNİF) "Mediasport"a verilən məlumata görə, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə əsasən təşkil olunan yarışın son günündə idmançılar slalom növündə mükafatçılar müəyyənləşib.
Qazaxıstan idmançıları - Kseniya Brejnaya qızıl, Dalel Talkunova gümüş, özbəkistanlı Kseniya Qriqoreva isə bürünc medal qazanıb.
Turnirdə Azərbaycanla yanaşı, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 25 qadın idmançı yarışıb.
Beynəlxalq turnirdə Azərbaycanı dağ xizəkçisi Anastasiya Papatoma təmsil edib.
