Yığmamız Moldova ilə üz-üzə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
"Mediasport" xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Qəbələdə Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da başlanacaq.
Komandalar martın 22-də növbəti dəfə görüşəcəklər.