İspaniya nəhəngi Aleksandr-Arnoldla 6 illik müqavilə bağladı

İspaniya nəhəngi "Real" yeni futbolçusu Trent Aleksandr-Arnoldu ictimaiyyətə təqdim edib.
"Mediasport" xəbər verir ki, Madrid klubu İngiltərə millisinin üzvü ilə 6 illik müqavilə bağlayıb.
27 yaşlı yarımmüdafiəçi "kral klubu"nun heyətində 12 nömrəli formada çıxış edəcək.
"Liverpul"un yetirməsi 2016-2025-ci illərdə "qırmızılar"la 259 oyun keçirib, 18 qol vurub.