Braziliya milli komandası tarixində 7-ci dəfə dünya çempionu oldu

Çimərlik futbolu üzrə dünya çempionatının qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, Seyşel adalarında keçirilən mundialın final qarşılaşmasında Braziliya və Belarus yığmaları üz-üzə gəliblər.
Dramatik görüş "sambaçılar"ın qələbəsi ilə yekunlaşıb - 4:3.
Cənubi amerikalılar bununla da tarixlərində 7-ci dəfə dünya çempionu adını qazanıblar.
Portuqaliya futbolçuları 3-cü, Seneqal isə 4-cü yeri tutub.