PSJ bu mövsüm UEFA-dan nə qədər qazanc əldə edəcək?

PSJ bu mövsüm UEFA-dan nə qədər qazanc əldə edəcək?

Ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olan PSJ-nin 2025/2026-cı illər mövsümündə UEFA-dan əldə edəcəyi qazanc müəyyənləşib.

"Mediasport" xəbər verir ki, hesabatı "Transfer News Live" hazırlayıb.

Məlumata görə, Fransa nəhənginin ümumi gəliri 150 milyon avro təşkil edəcək.

Buraya televiziya yayım hüquqları, UEFA klub əmsalı üçün ödənişlər, turnirin əsas mərhələsindən finala qədərki nəticələrə görə bonuslar, Çempionlar Liqasının qalibinin bonusu və UEFA Super Kubokunda iştiraka görə bonuslar daxildir.

Xatırladaq ki, PSJ dünən həlledici dueldə İngiltərənin "Arsenal" klubunu penaltilər seriyasında məğlub edərək ardıcıl ikinci dəfə ÇL-də baş mükafata sahib çıxıb.