Ronaldo bütün zamanların ən yaxşı oyunçusu mükafatını aldı
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo Portuqaliyada bütün zamanların ən yaxşı oyunçusu seçilib.
"Mediasport" xəbər verir ki, 40 yaşlı forvard mükafatlandırma mərasiminə göndərdiyi videomüraciətlə bu ada layiq görüldüyü üçün xoşbəxt olduğunu deyib.
O, mükafata görə ona səs verənlərə təşəkkür edib:
"Belə bir mükafat qazanmaq mənim üçün böyük qürurdur. Karyeram boyunca mənə dəstək olan bütün komanda yoldaşlarıma, məşqçilərə və daha yaxşı olmağım üçün mənə yardım edən hər kəsə minnətdaram".
Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda forma geyinən portuqaliyalı milli komanda 143, ümumilikdə peşəkar karyerasında isə 943 qolla dünya lideridir.
