"Lev Yaşin" mükafatına namizəd qapıçılar məlum oldu - SİYAHI

Dünyanın ən yaxşı qapıçısı tituluna - "Lev Yaşin" mükafatına namizədlərin adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, bu nüfuzlu mükafata 10 qapıçının adı namizəd göstərilib:
Alisson Bekker ("Liverpul"), Yassin Buno ("Əl-Hilal"), Luka Şevalye ("Lill"), Tibo Kurtua ("Real"), Canluici Donnarumma (PSJ), Emiliano Martines ("Aston Villa"), Yan Oblak ("Atletiko"), David Raya ("Arsenal"), Matz Sels ("Nyukasl"), Yan Sommer ("İnter")
Mükafatın son sahibi "Aston Villa"nın və Argentina millisinin qapıçısı Emiliano Martinesdir.
Xatırladaq ki, qalibin adı sentyabrın 22-də - "Qızıl top" mükafatının təltifetmə mərasimində müəyyənləşəcək.