Avroliqada finalçılar müəyyənləşdi

Avroliqada finalçılar müəyyənləşdi

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin bir cavab görüşü Birmingemdə olub.

"Villa Park" stadionunda İngiltərə derbisi baş tutub. Digər cavab qarşılaşması isə Almaniyada keçirilib.

Beləliklə, "Aston Villa" və "Frayburq" adını həlledici mərhələyə yazdırıb.

Xatırladaq ki, turnirin finalı mayın 20-də İstanbulda təşkil olunacaq.


UEFA Avropa Liqası. Yarımfinal mərhələsi. Cavab oyunları


"Aston Villa" (İngiltərə) - "Nottingem Forest" (İngiltərə) 4:0 ilk oyun - 0:1

"Frayburq" (Almaniya) - "Braqa" (Portuqaliya) 3:1 ilk oyun - 1:2