Ronaldo tarixə düşdü, komandası superkubokun finalında uduzdu

Səudiyyə Ərəbistanı Superkubokunun qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həlledici matçda Kriştiano Ronaldonun komandası "Əl-Nəsr" "Əl-Əhli" ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabı ilə bitən qarşılaşmada türkiyəli futbolçu Merih Demiralın komandası "Əl-Nəsr"i penaltilər seriyasında məğlub edib - 5:3.
Ronaldo həmin oyunda fərqlənib və 100-cü qoluna imza atıb.
Beləliklə, o, futbol tarixində 4 klub və milli komanda ilə 100 qol vuran ilk futbolçu oldu ("Real"da 450 , "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Əl-Nəsr"da 100).
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Superkubokunu ən çox qazanan klub "Əl-Hilal"dır (5 dəfə).