Premyer Liqa təmsilçisi bu dəfə Almeyda ilə müqavilə bağladı

Premyer Liqa təmsilçisi bu dəfə Almeyda ilə müqavilə bağladı

2025-26 mövsümünə hazırlığı davam etdirən "İmişli" portuqaliyalı hücumçu transfer edib.

"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Dieqo Almeyda ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı forvardın son iş yeri "Akademiku de Vizeu" (Portuqaliya) klubu olub.

Almeyda ötən mövsüm Portuqaliya 2-ci Liqasında 21 oyuna çıxıb və 2 qol vurub.