Bölgə komandası Azərbaycan millisinin futbolçusunu yola saldı
Azərbaycan 1-ci Liqasında yarışan "Mingəçevir"də ayrılıq qeydə alınıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Qurban Səfərovla yollarını ayırıb.
U-21 milli komandamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Hazırda yığmanın heyətində Bakıda təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi daha əvvəl "Qarabağ-2" və "Şamaxı"da forma geyinib.

