Dünən yığmaya çağırılan klubsuz futzalçı bu gün heyətdən çıxarıldı

AVRO-2026-nın əsas mərhələsində Yunanıstan yığması ilə üz-üzə gələcək Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Bu barədə "Mediasport"a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Baş məşqçi Vitali Borisovun qərarı ilə Seymur Məmmədovun əvəzinə toplanışa “Baku Fire”nin üzvü Fərid Abbasov qatılıb.
Xatırladaq ki, yığmanın dünən açıqlanan heyətində yer alan Seymur Məmmədov klubsuzdur.
Qeyd edək ki, milli martın 11-də Afinada Yunanıstanla üz-üzə gələcək.