"Neftçi" rəqib qapısına 28 top vurub lider mövqeyini qorudu
Futzal üzrə Azərbaycan Yüksək Liqada 18-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, hər iki qarşılaşmada iddialılar qələbə qazanıblar.
"Şuşa"nın qapısından 28 cavabsız top keçirən "Neftçi" cari mövsümün ən böyek hesablı qələbəsinə imza atıb.
"Baku Fire" U-19 millisini 10:3 hesabı ilə məğlub edib.
Son çempion “Araz-Naxçıvan” isə 3 xalı meydana çıxmadan qazanıb. “Lənkəran” daha əvvəl yarışdan kənarlaşdırılıb.

