Ruzanna Məmmədovadan dünya çempionatında gümüş medal

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün qadınların mübarizəsində növbəti medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Ruzanna Məmmədova da fəxri kürsüdə yer alıb.
62 kq çəki dərəcəsində yarışan Məmmədova final görüşündə çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə görə (6:6) uduzaraq gümüş medal əldə edib.
Xatırladaq ki, qadın güləşçilərimizdən Günay Qurbanova (59 kq) dünən bürünc mükafat qazanmışdı.