15-ci turun görüşləri baş tutdu: Son gündə "Neftçi" qələbə qazandı

 15-ci turun görüşləri baş tutdu: Son gündə "Neftçi" qələbə qazandı

Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci turun görüşləri keçirilib.

"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç baş tutub.

A qrupunda yer alan "Neftçi" NTD ilə qarşılaşıb. Gərgin matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 98:82.

Turun əvvəlki görüşlərində "Gəncə" "Şəki"yə (95:80), "Ordu" "Lənkəran"a (103:63), "Naxçıvan" "Quba"ya (82:70), "Sərhədçi" "Sumqayıt"a (98:94), "Sabah" isə "Abşeron Lions"a (117:96) qalib gəlib.