Millimiz sonuncu oyununa çıxır
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 6-cı turda Bakıda İrlandiya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 10 xalla liderdir.
Lüksemburq 7 xalla ikinci, İrlandiya isə 6 xalla dördüncü pillədədir.


