"Sabah" Çexiyada 28 xallıq fərqlə məğlub oldu - Çempionlar Liqası

 "Sabah" Çexiyada 28 xallıq fərqlə məğlub oldu - Çempionlar Liqası

Basketbol üzrə son Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada "Nimburk"la qarşılaşıb.

Görüş meydan sahiblərinin asan qələbəsi ilə yekunlaşıb - 93:65 (25:23, 20:11, 22:13, 26:18).

Qeyd edək ki, təmsilçimiz qrupda ikinci görüşünü oktyabrın 15-də Bakıda "Alba"ya (Almaniya) qarşı keçirəcək.