"Neftçi" üçün davam, ya tamam

"Neftçi" üçün davam, ya tamam

Bu gün basketbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşə bilər.

"Mediasport" xəbər verir ki, "Sabah" və "Neftçi" arasında Azərbaycan Basketbol Liqasının final seriyasında 6-cı görüş oynanılacaq.

Ümumi hesabda 3:2 öndə olan "bayquşlar" qələbə qazansalar, ardıcıl üçüncü mövsümü çempionluq titulu ilə başa vuracaqlar.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.