ABL-də 1/4 final mərhələsinin ilk qarşılaşmalarına yekun vuruldu

ABL-də 1/4 final mərhələsinin ilk qarşılaşmalarına yekun vuruldu

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında 4 qarşılaşma baş tutub.

"Sabah" "Naxçıvan"ı (106:74), NTD "Neftçi"ni (97:94), "Ordu" "Gəncə"ni (108:106), "Abşeron Lions" isə "Şəki"ni (109:78) məğlub edib.

Raundun ikinci matçları aprelin 16-17-də reallaşacaq.