AVRO-2027: Yığmamız səfərdə Şimali Makedoniyaya məğlub oldu

 AVRO-2027: Yığmamız səfərdə Şimali Makedoniyaya məğlub oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Mediasport" xəbər verir ki, A qrupunda yer alan Tahir Baxşıyevin komandası səfərdə Şimali Makedoniya yığması ilə üz-üzə gəlib.

Skopyedə baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 87:49.

Komandamızın növbəti matçı noyabrın 30-da Bakıda Lüksemburqa qarşı olacaq.