"Sabah" “Rize Cup”da yarışacaq

"Sabah" “Rize Cup”da yarışacaq

“Sabah”ın U-12 komandası beynəlxalq turnirində iştirak edəcək.

"Mediasport" xəbər verir ki, kollektiv Türkiyənin Rizə şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.

Turnirdə “Sabah”la yanaşı, Türkiyədən “Başakşəhər", “Fənərbağça", “Qaziantep”, “Gənclərbirliyi”, “Rizəspor”, “Samsunspor”, “Dinamo” (Batumi, Gürcüstan) komandaları da yarışacaqlar.

“Rize Cup” 29 may - 1 iyun tarixlərində keçiriləcək.