FİFA hesabat açıqladı: Azərbaycan transferlərdə Avropa üzrə 1-ci oldu
Ötən il Avropada 2024-cü illə müqayisədə futbolçu transferi ilə bağlı ən yüksək artım Azərbaycanda qeydə alnıb.
"Mediasport" xəbər verir ki, bu barədə məlumatı FİFA açıqlayıb.
Qeyd olunub ki, 2025-ci ildə Azərbaycan klubları 162 oyunçu transfer ediblər.
Digər konfederasiyalar üzrə ən yüksək artım göstəricisi Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) Braziliyanın, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasında (CONCACAF) Meksikanın, Afrika Futbol Konfederasiyasında (CAF) Liviyanın, Asiya Futbol Konfederasiyasında (AFC) isə Qırğızıstanın payına düşüb.
Qeyd edək ki, Azərbaycan 2025-ci ilə üzrə transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda 58-ci pillədə qərarlaşıb.
