"Qarabağ"da özünü doğrultmayan Diakabi Almaniya klubuna keçdi

2023-2024-cü illərdə “Qarabağ”da forma geyinmiş Adama Diakabinin yeni komandası məlum olub.
"Mediasport" xəbər verir ki, xroniki zədə səbəbindən Ağdam klubunda ümidləri doğrultmayan vinger karyerasını Almaniyada davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi 3-cü Bundesliqa təmsilçisi “Valdhof Manhaym”la 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Diakabi "Qarabağ"ın heyətində 24 oyun keçirib, 5 qolla yadda qalıb.