DÇ-2026-nın qrup mərhələsinin püşkünün atılacağı tarix açıqlandı

DÇ-2026-nın qrup mərhələsinin püşkünün atılacağı tarix açıqlandı

2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi tarix açıqlanıb.

"Mediasport" xəbər verir ki, tədbir bu il dekabrın 5-də ABŞ-nin Las-Veqas şəhərində yerləşən və mundial zamanı heç bir oyunun keçirilməyəcəyi şəhərin "Sfera" zalında baş tutacaq.

Arenanın tamaşaçı tutumu 18 minə yaxındır.

Qeyd edək ki, dünya birinciliyi tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə təşkil olunacaq.

Yarış iyunun 11-dən iyulun 19-dək davam edəcək.