Hakimləri ağır söyüşlərlə təhqir edən "Sabah"lının cəzası verildi

Hakimləri ağır söyüşlərlə təhqir edən "Sabah"lının cəzası verildi

AFFA İntizam Komitəsi “Sabah”ın əvəzedici komandasının futbolçusu Emin Əmirova ciddi cəza verib.

"Mediasport" xəbər verir ki, buna gənc oyunçunun "Sumqayıt-2" ilə oyunda qeyri-etik hərəkəti səbəb olub.

Əmirov hakimləri ağır ifadələrlə təhqir edib. İK futbolçuya 4 matçlıq cəza verib.

Masazır təmsilçisi isə 1000 manat cərimə ödəyəcək.