"Kəpəz" 5 min manat cərimələndi

 "Kəpəz" 5 min manat cərimələndi

AFFA İntizam Komitəsi "Kəpəz"i cərimə edib.

"Mediasport" xəbər verir ki, buna gəncə klubunun azarkeşləri səbəb olublar.

"Sarı-göylər" Premyer Liqanın 5-ci turunun "Qəbələ" ilə matçında azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə 5 min manat cərimələnib.

Bu hal mövsümdə ikinci dəfə təkrarlanıb.