"Şamaxı"dan "Sabah"a getdi - RƏSMİ

"Şamaxı" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, icarə müqaviləsi başa çatan Fəxri Məmmədli düşərgəni tərk edib.
O, məxsus olduğu “Sabah” klubuna qayıdıb.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl Brahim Konate, Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç və Maykl Tuiklə yollarını ayırıb.