"Neftçi"nin Kipr klubu ilə oyununun başlanacağı saatı müəyyənləşdi

"Neftçi"nin Kipr klubu ilə oyununun başlanacağı saatı müəyyənləşdi

"Neftçi" Polşada təlim-məşq toplanışını davam etdirir.

"Mediasport" xəbər verir ki, "ağ-qaralar" həmin ölkədə sonuncu yoxlama matçını avqustun 1-də keçirəcək.

Samir Abasovun komandası Kipr təmsilçisi AEL ilə qarşılaşacaq.

Oyun Byalobjeqdə yerləşən "Mieyski" stadionunda, Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Paytaxt təmsilçisi buna qədər "Hapoel" (Təl-Əviv, İsrail; 1:1) və "Termalika" (Polşa; 2:2) ilə qarşılaşıb.

"Asteras" (Tripolis, Yunanıstan) ilə keçirilməli olan görüş isə güclü leysan səbəbindən ləğv edilib.