Samir Abasov "qara siyahı"nı rəhbərliyə təqdim etdi - ADLAR

Daha bir mövsümü uğursuz başa vurmaqda olan "Neftçi"də yeni sezonun planları cızılır.
Rəhbərliyin yola davam etmək qərarı verdiyi baş məşqçi Samir Abasovun "qara siyahı"sı artıq hazırdır.
Klub idarəçilərinə yeni və iddialı heyət qurmaq istədiyini bildirən mütəxəssis birlikdə işləmək istəmədiyi futbolçuların adlarını onlara təqdim edib.
Aralarında "ağ-qaralar"la müqaviləsi davam edən də var, gələn ayın sonu bitəcək olanlar da.
Abasovun planlarına daxil olmayan oyunçu kifayət qədərdir. O, Dembo Darbo, Emil Balayev, Azər Salahlı, Azər Əliyev, Höccət Haqverdi, Filip Ozobiç, Ryonosuke Ohori və Yeqor Boqomolski ilə vidalaşmaq fikrində qətidir.
Qışda heyətə "5 ay+2 il" anlaşması ilə cəlb edilən Ohori ilə müqavilənin uzadılmayacağı dəqiqləşib, Yalnız müqaviləsi gələn ilin yayında başa çatacaq Darbonu yola gətirmək lazım olacaq.
Adları çəkilən futbolçular, güman ki, mayın sonunda yola salınacaqlar.
Mediasport.com.az