Ehtiram Quliyev "Turan Tovuz"un yeni meydançasının açılışını etdi

Ehtiram Quliyev "Turan Tovuz"un yeni meydançasının açılışını etdi

"Burada iki meydan və otel kompleksi nəzərdə tutlub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq".

"Mediasport" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Klub prezidenti Kürdəxanıda inşa edilən Hünər təlim-məşq bazasının ərazisində istifadəyə verilən təbii örtüklü meydançanın açılış mərasimində fikirlərini bölüşüb:

"Düşünürəm ki, bir çox klublar bu bazadan faydalanacaq, onların istismarına verəcəyik. Bu, klubumuzun gələcəyi baxımından çox önəmlidir. Layihə bitdikdən sonra əsas komandamız tam olaraq Tovuzda məskunlaşacaq. Tovuzdakı əsas meydanın ot örtüyü sünidir. Bütün yaş qrupları orada məşq edir. 

"Huner Group"un direktoru digər planlardan, qarşıda dayanan hədəflərdən də söz açıb:

"Biz həmişə Tovuzdayıq, komanda gedib-gəlir. Azarkeşlərimiz bundan sonra da komandanı Tovuzda görəcəklər".

Qeyd edək ki, Kürdəxanıda yerləşən bazada layihənin sonunadək iki süni örtüklü meydança da salınacaq.