Azərbaycan idmançıları İtaliyada Avropa çempionatında 2-ci oldu

Azərbaycan idmançıları İtaliyada Avropa çempionatında 2-ci oldu

Azərbaycanın akademik avarçəkənləri İtaliyanın Vareze şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış ediblər.

Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçilərimiz Avropa ikincisi olublar.

Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.

Xatırladaq ki, tandem Bolqarıstanın Plovdiv şəhərində baş tutan Dünya Kubokunda da bürünc medala sahib çıxıblar.