Azərbaycandan ayrılan futbolçu Rumıniya klubunda oynayacaq

Azərbaycandan ayrılan futbolçu Rumıniya klubunda oynayacaq

"Səbail"in sabiq futbolçusu Pedro Nunonun yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, portuqaliyalı oyunçu Rumıniyanın "Otelul" klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.

Pedro karyerası ərzində "Benfika", "Tondela" (hər ikisi Portuqaliya), "Adanaspor" (Türkiyə) klublarında da forma geyinib.

O, 2023-24 mövsümündə "dənizçilər"in heyətində top qovub, 37 oyuna çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib.