"Qarabağ" kimi böyük bir ailənin üzvü olduğum üçün xoşbəxtəm"
"İlk növbədə hər şeyə görə Allaha şükür edirəm. Mənə etimad göstərildiyi üçün həqiqətən minnətdaram. "Qarabağ" kimi böyük bir ailənin üzvü olduğum üçün çox xoşbəxtəm".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Renaldo Sefas deyib.
26 yaşlı forvard Ağdam təmsilçisinə keçidi barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda bunları yazıb:
"Klubun bütün əməkdaşlarına təşəkkür edirəm. Onlar ilk gündən burada özümü evimdəki kimi hiss etməyim üçün əllərindən gələni etdilər.
Yeni komanda yoldaşlarımla, yeni ailəmlə tanış olmağa və meydanda oynamağa başlamaq üçün səbirsizlənirəm".
Xatırladaq ki, "atlılar" yamaykalı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
View this post on Instagram


