Türkdilli ölkələrin şahmat üzrə çempionatına start verildi - FOTO
Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat üzrə çempionatına start verilib.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan şahmatçıları iştirak edir.
Dünən yarışın açılış mərasimi keçirilib. Ardınca federasiyalar arasında qarşılıqlı əlaqələrin inkişafına həsr olunan iclas baş tutub.


