Millimiz dünya çempionatına hazırlıq üçün Türkiyəni seçdi

Sərbəst güləş üzrə Azərbaycan milli komandası dünya çempionatına Türkiyədə hazırlaşacaq.
"Mediasport" xəbər verir ki, yığmamız avqustun 20-dək Kastamonuda Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında hazırlıq keçəcək.
Toplanışda İslam Bazarqanov, Muhəmmədəli Əlizadə (hər ikisi 57 kq), Nürəddin Novruzov, Ceyhun Allahverdiyev (hər ikisi 61 kq), Əli Rəhimzadə, Ruslan Abdullayev, Murad Haqverdiyev (hamısı 65 kq), Kənan Heybətov, Sabir Cəfərov (hər ikisi 70 kq), Turan Bayramov, Maqomed-Başir Xaniyev (hər ikisi 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev (hər ikisi 79 kq), Arseniy Djioyev, Ali Tsokayev (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Xetaq Karsanov və Giorgi Meşvildişvili (125 kq) iştirak edəcəklər.
Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız da mundiala hazırlıq üçün Türkiyəni seçib.