ŞOK! "Sabah"ın eks üzvünə saxta pasport verib millidə oynatdılar

ŞOK! "Sabah"ın eks üzvünə saxta pasport verib millidə oynatdılar

2022-2025-ci illərdə "Sabah"da forma geyinmiş Con İrasabal saxtakarlıq hadisəsinin iştirakçısı olub.

"Mediasport" xəbər verir ki, bu barədə FİFA-nın Apellyasiya Komitəsi qərar çıxarıb.

29 yaşlı müdafiəçi Malayziya milli komandasının heyətində saxta sənədlə çıxış edib.

Dünya futbol təşkilatının aidiyyəti komitəsi İrasaballa yanaşı, daha 6 futbolçunu - Fakundo Qarses, Qabriel Felipe, Rodriqo Olqada, İmanol Maçuka, Joau Figeyredu və Hektor Heveli 12 aylıq diskvalifikasiya edib.

Bu futbolçular iyulun 10-da Asiya Kubokunun seçmə mərhələsində Vyetnam yığmasına qarşı matçda iştirakçı olublar.

Qeyd edək ki, İrasabal son mövsüm "Sabah"la Azərbaycan Kubokunun qalibi olub.