"Neftçi"nin sabiq baş məşqçisi özünə 18-ci dəfə komanda tapdı
2023/2024-cü illər mövsümündə "Neftçi"nin baş məşqçisi olmuş Miodraq Bojoviç özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, monteneqrolu mütəxəssis "Vardar"da çalışacaq.
O, Şimali Makedoniya təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.
Mayda "Buduçnost"dan ayrılan 57 yaşlı baş məşqçi müvəqqəti olaraq komandaya rəhbərlik edən Matiya Mirkovu əvəzləyib.
Xatırladaq ki, "Vardar" Bojoviçin məşçqçi karyerasında 18-ci klubu olub.
2001-ci ildən bu yana 17 komanda dəyişən balkanlı indiyədək “Beoqrad”, “Borats" Çaçak, “Obiliç”, “Hayduk" Belqrad, “Srvena Zvezda” (hamısı Serbiya), AEP Pafos (Kipr), “Buduçnost", “Qrbal” (hər ikisi Monteneqro), “Amkar", “Moskva”, “Dinamo" Moskva, “Rostov”, “Lokomotiv" Moskva, “Arsenal Tula”, “Krılya Sovetov” (hamısı Rusiya), “Neftçi” (Azərbaycan), “Esteqlal Xuzistan” və “Esteqlal”da (hər ikisi İran) işləyib.


