Millimizin yeni baş məşqçisi ilə müqavilənin detalları açıqlandı
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Rui Jorge ictimaiyyətə təqdim olunub.
"Mediasport" xəbər verir ki, təqdimat mərasimində portuqaliyalı mütəxəssislə müqavilənin detalları açıqlanıb.
Onunla 1 il 7 aylıq anlaşma əldə edilib.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, portuqaliyalının korpusunda iki həmyerlisi yer alacaq.
Həmçinin yerli məşqçi də yığmada fəaliyyət göstərəcək. Hazırda bu barədə müzakirələr davam etdirilir.
Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illərdə həmin klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının sükanı arxasına gətirilən Jorge 15 il bu komandanı çalışdırıb.
Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb.
Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
